Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycan bu beynəlxalq təşkilatlara üzv olacaq

“Azərbaycanın turizm sektorunda mövsümilik problemi də mövcuddur”.

Yenicag.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan Otellər Assosiasiyanın Birinci Baş Assambleyasında deyib.

Onun sözlərinə görə, bu problemin aradan qaldırılması istiqamətində işlər gedir: “Həm paytaxtda, həm də regionlarda ulduz sayı az olan otellərin fəaliyyətinin stimullaşdırılması üçün tədbirlər görülür. Otelçilik sahəsində ulduz verilməsi ilə bağlı da problemlər var. Bütövlükdə Azərbaycanda mövcud olan otel sisteminin Avropa standartlarına uyğunlaşdırılması qarşımızda duran əsas məqsədlərimizdən biridir. Məhz bu amili nəzərə alaraq beynəlxalq təşkilarlara üzv olmaq məsələsi gündəmdədir. Mövcud olan problemlərin həllində turizm sahəsinin bütün iştirakçılarının, xüsusilə otelçilik sahəsinin mütəxəssislərinin mütəşəkkil şəkildə fəaliyyəti önəmlidir”.

Sədr həmçinin əlavə edib ki, turistlərə göstərilən xidmətin səviyyəsinin artırılması turizm sahəsində çalışan hər kəsin marağında olmalıdır./Report/

www.yenicag.az

2408
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100