“Azərbaycan cəmiyyəti üçün aktual olacaq ciddi təklif daxil olmadı”

media-hightechnic-468x90

eli_hesenov_55“Azərbaycanın digər aparıcı institutları – istər QHT, istərsə də media olsun, gündəlik təkliflərini biz mətbuatdan da dinləyirik. Amma siyasi partiyalarla birbaşa dialoqun aparılması, məsələlərin birlikdə müzakirə edilməsini düşünürük ki, milli mahiyyət kəsb edir”. Yenicag.az azadinform-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Əli Həsənov bildirib ki, görüşlərin əsas mahiyyəti bundan ibarətdir: “Biz mövzu məsələsini gündəmə gətirmişdik ki, növbəti görüşün mövzusu razılaşdırılsın. Açığı deyim ki, 3 ay müddətində siyasi partiyalardan bəzi təkliflər daxil olub. Biz də Administrasiyada bu təklifləri saf-çürük etdik, bunların hansını bu görüşün gündəminə çıxarmağı öz aramızda müzakirə etdik. Faktiki olaraq deyim ki, hamının marağını kəsb edəcək və Azərbaycan cəmiyyəti üçün aktual olacaq ciddi təklif daxil olmadı. Yeganə təklif siyasi blokun adından daxil olub və o da Azərbaycanda qarşıdan gələn parlament seçkiləri ilə bağlı idi. Seçki islahatları və siyasi partiyaların iştirakı ilə bir ümumiləşmiş təklifdir. Hakimiyyət bu təklifi siyasi partiyalarla müzakirə etməyə hazır deyil. Hakimiyyət olaraq bu gün siyasi partiyalarla seçki islahatlarını müzakirə etməyə lüzum görmürük. Azərbaycan cəmiyyətinin daha çox gündəmində dayanan məsələ Avropa Oyunlarının keçirilməsi və onun təşkilatı məsələsidir. Ümumiyyətlə bu oyunlara daxildə və xaricdə münasibət məsələləri olduğuna görə, düşünürəm cəmiyyətin aparıcı siyasi institutları kənarda qalmamalıdırlar. Ona görə də fikirləşdik ki, bu görüşün gündəminə bunu çıxaraq. Mən təklif edirəm ki, bundan başqa biz görüşlərimizin gündəminə cari məsələlər sətri də əlavə edək. Yəni ümumiləşmiş mövzunu çıxartmaqla bərabər siyasi partiyaları maraqlandıran məsələləri də müzakirə edək. Fərqli məsələlər də ola bilər. Parlamentdə iclasa başlamazdan əvvəl cari məsələlər gündəmə necə qoyulur? Düşünürəm ki, bu görüşlərin gündəminə ikinci məsələ kimi cari məsələ qoyula bilər. Hər siyasi partiyanın, hakimiyyət nümayəndələrinin konkret görüşdə təklif edə biləcəyi digər məsələlər ola bilər ki, biz onu yerindəcə müzakirə edə bilək”

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600