!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan çempionu elit-raunun bir addımlığında büdrədi

!Reklam – Yazi

Futzal üzrə UEFA kubokunun əsas mərhələsində mübarizə aparan Azərbaycan çempionu “Araz” bu gün qrupda son oyununu keçirib.

Yenicag.az xəbər verir ki, təmsilçimiz Rumıniya çempionu “Deva” ilə qarşılaşıb. Bu oyunda təmsilçimizi heç-heçə də qane edirdi. Belə ki, ilk matçda Bosniya və Herseqovina çempionu “Mostar”ı 5:2, ikinci qarşılaşmada Malta çempionu “St Andreus”u 6:4 hesabı ilə məğlub edən “Araz” qrup lideriydi. Rəqib “Deva” isə ilk oyunda “St Andreus”u yensə də, “Mostar”la dueldən məğlub ayrılmışdı. Rəqibini 3 xal qabaqlayan Alesio da Silvanın yetirmələrinə qrup mərhələsini birinci pillədə başa vurmaq üçün uduzmamaq lazım idi.

Lakin təəssüf ki, görüş təmsilçimiz üçün uğursuz alınıb. Oyunun gedişində hesabı meydan sahibləri açsa da, təmsilçimiz status-kvonu bərpa edə bilib. Amma fasiləyə qədər rəqib daha 2 qol vurmağı bacarıb. İkinci hissəyə “Araz” fəal başlasa da, qonaqlar hesab arasındakı fərqi artırmağı bacarıb. Amma 30-cu dəqiqədə Tyaqo rəqib torunu silkələməklə komandasını ruhlandırıb. Di gəl ardıcıl hücumlar nəticəsiz qalıb. Beş meydan oyunçusu ilə oyunu davam etdirən təmsilçimiz sona 2 dəqiqə qalmış 2 top buraxmaqla xal qazanmaq şansını əldən verib.

Bununla da qrupda keçirdiyi son oyunda məğlub olan “Araz” elit-raunda yüksəlmək şansını əldən verib. Bu qrupdan “Deva” mübarizəni davam etdirəcək.

Qrupun digər oyununda “St Andreus” “Mostar”a 5:2 hesabıyla qalib gəlib.

UEFA Kuboku
8-ci qrup
14 oktyabr

“Araz” – “Deva” 3:6
Qol: F.Matey, 6 (0:1). K.D.Santos, 8 (1:1). F.İqnat, 18 (1:2). F.Matey, 19 (1:3). A.Panzaru, 24 (1:4). T.T.Bolinya, 31 (2:4). T.Tonita, 38 (2:5). F.Matey, 39 (2:6). R.Çovdarov, 39 (3:6).
Hakimlər: Tomaş Frak (Polşa), İbrahim El Jilali (Hollandiya), Şota Kuxilava (Gürcüstan).
Deva idman kompleksi.

“Araz”: 1. Rövşən Hüseynli (q), 3. Teles Tyaqo Bolinya, 5. Qabriel Bastos, 6. Eduardo Borges, 8. Rizvan Fərzəliyev (k), 12. Emin Kürdov (q), 17. İsa Atayev, 15. Karvalyo dos Santos, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 9. Oqtay Rüstəmli.
Baş məşqçi: Alesio da Silva.
“Deva”: 20. Toni Tonita (q), 2. Adrian Panzaru, 5. Marius Matey (k), 10. Kristian Obada, 14. Paul Ferreyra, 1. Raul Filimon, 7. Dumitru Stoyça, 8. Cuilyano Zabar Kovaç, 11. Florin İqnat, 16. Serjiu Takot, 17. Alpar Ksoma, 19. Florin Matey.
Baş məşqçi: Marko Lopes.

Qrupdakı son durum: “Deva” – 6, “Araz” – 6, “St Andreus” – 3, “Mostar” – 3.

www.yenicag.az

1626
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv