Azərbaycan cüdoçularının AÇ-dəki rəqibləri müəyyənləşdi
Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək cüdo üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçilərinin rəqibləri bəlli olub.
Yenicag.az xəbər verir ki, turnirdə Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) fərdi yarışlarda təmsil edəcək.
Yığma həmçinin qarışıq komanda yarışında da çıxış edəcək.
Yarış sabah Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.
Kişilər
60 kq
1/16 final
Əhməd Yusifov – İzhak Aşpiz (İsrail)
Turan Bayramov – Ceyms Zahra (Malta)
66 kq
1/16 final
Ruslan Paşayev – Boyan Yotov (Bolqarıstan)
73 kq
1/16 final
Rəşid Məmmədəliyev – Benjamin Levi (Böyük Britaniya)
81 kq
1/16 final
Zelim Tçkayev – Orelyen Bonferroni (İsveçrə)
Ömər Rəcəbli – Jon Vrenozi (Albaniya) / Eetu İhanamaki (Finlandiya) cütünün qalibi ilə
90 kq
1/16 final
Murad Fətiyev – Aleksandr Sidorik (IJF)
100 kq
1/8 final
Zelim Kotsoyev – Simeon Georgiadis (Yunanıstan) / Aristos Mixael (Kipr) cütünün qalibi ilə
+100 kq
1/16 final
Uşanqi Kokauri – Patrik Broneç (Polşa)
Qızlar
48 kq
1/16 final
Könül Əliyeva – Paulina Şlaxta (Polşa)
52 kq
1/16 final
Gültac Məmmədəliyeva – Çiara Serra (Almaniya)
57 kq
1/16 final
Fidan Əlizadə – Anastasiya Sokiryanska (Latviya)
70 kq
1/32 final
Günel Həsənli – Anna Oleynik-Korniyenko (Ukrayna)
Südabə Ağayeva – Adelina Novitski (İsrail)
+78 kq
1/16 final
Nigar Süleymanova – Sofio Somxişvili (Gürcüstan)
Qarışıq komanda
1/8 final
Azərbaycan – İtaliya