“Azərbaycan Dəmir Yolları” Rusiyadan 3 minə yaxın vaqon alır

media-hightechnic-468x90

1366626710_1334389247_demiryolu“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Rusiyanın “Uralvaqonzavod” ASC-nin baş direktoru Oleq Siyenko ilə görüşüb.

Görüş zamanı birgə əməkdaşlığın müxtəlif sahələr üzrə davam etdirilməsi müzakirə olunub.

Danışıqlar zamanı həmçinin Rusiya şirkəti tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC-nin təmin olunacağı yük vaqonlarının sayı müəyyənləşdirilib.

Şirkətin “Azərbaycan Dəmir Yolları” QSC-yə verəcəyi vaqonlar taxıl, sement, neft və neft məhsulları və s. daşınması üçün nəzərdə tutulub.

Danışıqların yekununda Rusiya tərəfinin “Azərbaycan Dəmir Yolları” QSC-yə müxtəlif növdə 2 900 yük vaqonunun verilməsi ilə bağlı müqavilə imzalanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600