!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan Dəmir Yolları”nın səlahiyyətlərindən biri ləğv edildi

!Reklam – Yazi

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) səlahiyyətlərindən biri ləğv edilib.

Yenicag.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”ında etdiyi dəyişiklikdə əksini tapıb.

Qaydaya əsasən, indiyə qədər dəmir yolunun xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında yerləşən tökmə yatağın yamaclarında, daimi hasarlarda, qurğularda və dəmir yolunun digər obyektlərində hüquqi və fiziki şəxslər tərəfindən reklamların yerləşdirilməsinə yalnız “Azərbaycan Dəmir Yolları” QSC-nin icazəsi ilə yol verilib. “Azərbaycan Dəmir Yolları” QSC öz səlahiyyətləri çərçivəsində dəmir yolunun xüsusi mühafizə zonasında və təhkim zolağında yerləşdirilmiş reklamların vəziyyətinin yoxlanılmasını həyata keçirib. Dəyişikliyə əsasən dəmir yolunun xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında yerləşən tökmə yatağın yamaclarında, daimi hasarlarda, qurğularda və dəmir yolunun digər obyektlərində Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə və reklamın yerləşdirilməsinə Dövlət Reklam Agentliyi tərəfindən icazə veriləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin dəmir yolunun xüsusi mühafizə zonasında və təhkim zolağında yerləşdirilmiş reklamların vəziyyətinin yoxlanılmasını həyata keçirmək səlahiyyəti də ləğv olunub./APA/

COP29

www.yenicag.az

3493
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv