Azərbaycan əsilli rusiyalı jurnalist Orxan Camal Mərkəzi Afrika Respublikasında qətlə yetirilib.
Yenicag.az Rusiya KİV-inə istinadən xəbər verir ki, o, rejissor Aleksandr Rastorquev və Kirill Radçenko ilə birlikdə sənədli filmin çəkilişləri zamanı öldürülüb.
Qeyd edək ki, O.Camal Rusiya İslam Komitəsinin sədri, əslən azərbaycanlı din xadimi və ilahiyyatçı filosof Heydər Camalın oğludur.
H.Camal uzun sürən xəstəlikdən sonra 69 yaşında vəfat edib və Almatıda dəfn olunub.
(Report)
www.yenicag.az