Azərbaycan Evi Yöteborgda seminarlara başladı
İsveç Krallığının ikinci böyük şəhəri olan Yöteborgda yaşayan azərbaycanlıların nüfuzlu təşkilatı olan Azərbaycan Evi soydaşlarımız arasında maarifləndirmə işi aparmaqda davam edir. Yöteborgda yaşayan soydaşımız, Azərbaycan Evinin rəhbəri Rasim Cabbarovun YENİCAG.AZ-a verdiyi məlumata görə, bu gün İsveçdəki azərbaycanlılar yenidən toplaşıblar.
Bu dəfə azərbaycanlılar “Azərbaycan tarixi:milli şüur və milli kimliyin tanınması” mövzusunda seminar keçiriblər. Tanınmış alim Arif Rəhimoğlunun mühazirə oxuduğu seminarda bu mövzuda ciddi diskussiya aparılıb.
Bu kimi seminarların vaxtaşırı aparılacağını deyən R.Cabbarov növbəti seminarın Səttar Xan Hərəkatı ilə bağlı olacağını bildirdi.
Eyni zamanda Azərbaycan Evi soydaşlarımız
üçün pulsuz ingilis dili kursları təşkil edir.