Azərbaycan Gənclər Forumunda təmsil olunacaq
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndə heyəti MDB ölkələrinin Parlamentlərarası Gənclər Forumunda iştirak etmək üçün oktyabrın 23-dən 25-dək Sankt-Peterburqda səfərdə olacaq.
ATGTİ-dən bildiriblər ki, beynəlxalq tədbirdə Azərbaycan ilə yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Ukraynadan olan nümayəndələr vətəndaş cəmiyyətində gənclərin rolunun artırılması, onların təşəbbüslərinin dəstəklənməsi və mübadilə məsələlərini müzakirə edəcəklər.
Tədbirdə Gənclər və İdman Nazirliyinin, QHT-lərin və digər qurumların nümayəndələri də iştirak edəcəklər. (azertag.az)