Azərbaycan göylərə HÖKM EDİR – Regiondakı hava savaşında YENİ MƏRHƏLƏ

media-hightechnic-468x90

“Regionda hava üstünlüyü Azərbaycana məxsusdur”.

Bu fikri Azərbaycanın aviaparkını yeniləməsini Yenicag.az-a dəyərləndirən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

media-rovsenmeherremov

Onun sözlərinə görə, 40 ədəd JF-17 döyüş təyyarəsinin alınması böyük uğurdur:

“40 yeni döyüş təyyarəsinin alınması regionda üstünlük yaradır. Cənubi Qafqazda ən güclü aviabaza Azərbaycana məxsusdur deyə bilərik. Azərbaycanın MİQ-29-ları olmayan dövrdə İran təyyarələri tez-tez sərhədlərimizi pozurdu. Ancaq o təyyarələri alandan sonra İran geri addım atdı”.

R. Məhərrəmov diqqətə çatdırıb ki, Azərbaycanın aviaparkı təzələnir:

“Köhnə təyyarələr də təzə təmirdən çıxıb, onlar da istifadə olunacaq. Əsas məsələ odur ki, Pakistandan aldığımız JF-17-lər digər döyüş təyyarələrimizdən fərqli olaraq təzədir. Müharibələrdə hava üstünlüyü çox önəmli məsələdir. Ona görə də bu döyüş təyyarələri bizə lazım idi. Bununla açıq şəkildə deyə bilərik ki, regionda hava üstünlüyü Azərbaycana məxsusdur. Elə böyük dövlətlər var ki, heç Azərbaycan qədər döyüş təyyarəsi yoxdur. Bu Azərbaycan üçün çox böyük nailiyyətdir. Azərbaycan hər bir aqressiyaya qarşı dərhal cavab verə biləcək”.

Səxavət Məmməd

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600