Azərbaycan güləş millisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında ümumi medal sıralamasında ikinci yeri tutub.
“Report”un məlumatına görə, yunan-Roma, sərbəst və qadın güləşçilər ümumilikdə 16 medal qazanaraq buna nail olublar.
Qitə birinciliyinə 25 pəhləvanla yollanan heyət beş qızıl, üç gümüş, səkkiz bürünc medala yiyələnib. Sərbəst güləşçilər bir gümüş, altı bürünc, yunan-Roma güləşçiləri üç qızıl, iki gümüş, bir bürünc, qadınlar isə iki qızıl və bir bürünc mükafata sahib çıxıblar.
Komandamız yalnız Türkiyədən geri qalıb. Qardaş ölkə təmsilçiləri 17 medal (7 qızıl, 6 gümüş, 4 bürünc) qazanıblar.
Qeyd edək ki, idmançılar Avropa çempionatında 30 dəst medal uğrunda mübarizə aparıblar.
www.yenicag.az