!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan güləşçiləri U-17 AÇ-yə uğurlu başladılar

!Reklam – Yazi

Azərbaycan güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən U-17 Avropa çempionatında uğurlu başlayıblar.

Bu barədə Yenicag.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

İlk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da yer alan yunan-Roma güləşçiləri xalçaya çıxıblar.

Əmrah Əmrahov (48 kq) yunanıstanlı Pavlos Tsentidisə və ermənistanlı Andranik Xaçatryana eyni hesabla (9:0) qalib gələrək yarımfinala yüksəlib. Əmrah yarımfinalda isveçli Santoş Sarmalinqama da aman verməyib – 6:0. Əmrahov sabah finalda rusiyalı Nikolay Kristovla qarşılaşacaq.

Əli Nəzərov (55 kq) startda ermənistanlı Aleksandr Aydoyevi məyus edib – 5:0. Daha sonra serbiyalı Kristian Dobiyə tam üstünlüklə (9:0) qalib gələn həmyerlimiz adını yarımfinala yazdırıb. Əli finalın bir addımlığında bolqarıstanlı Alyoşa İliyevə sonuncu xal prinsipinə görə (1:1) məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.

İsbəndiyar İmanov (65 kq) latviyalı Yaromirs Jukovsu vaxtından əvvəl (8:0), estoniyalı Robi Kristyuhanı isə sonuncu xal prinsipinə əsasən (1:1) mübarizədən kənarlaşdırıb. İmanov 1/4 finalda almaniyalı Kevin Karlla bacarmayıb – 4:12.

Orxan Hacıyev (80 kq) yunanıstanlı Vasileyos Semertzidisə tam üstünlüklə (10:1) qalib gəldikdən sonra 1/4 finalda serbiyalı Duşan Stokiçdən güclü olub – 6:1. Hacıyev yarımfinalda sonuncu xal prinsipinə əsasən (5:5) türkiyəli Yiğit Sarıya məğlub olduğu üçün ümidini bürünc medala bağlayıb.

Mikayıl İsmayılov (110 kq) finlandiyalı Aleksandr Saramaekini vaxtından əvvəl (9:0) yolundan kənarlaşdırıb. O, 1/4 finalda gürcüstanlı Luka Şavadze üzərində qələbə qazanıb – 4:1. Təəssüf ki, milli üzvü yarımfinalda ukraynalı İvan Yankovskiyə uduzub – 0:8. Mikayıl da sabah üçüncü yer uğrunda mübarizə aparacaq.

COP29

www.yenicag.az

202
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv