Azərbaycan İAEE-nin layihəsinə dəstək verib-Fotolar

media-hightechnic-468x90

unnamed (8)Azərbaycan İAEE-nin “Avrasiya Energi Birliyi” layihəsinə dəstək verib

Beynəlxalq Enerji İqtisadiyyatı Birliyi (İAEE) sədri, professor Gürkan Kumbaroğlunun “Avrasiya Energi Birliyi” layihəsinin həyatı keçməsi məqsədilə Bakıda apardığı danışıqlar müsbət nəticə verib. Bu mövzuda Sənaye və Energetika nazirinin müavini Gülməmməd Cavadov və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyevlə görüşən İAEE sədri Gürkan Kumbaroğlu bildirib ki, “bu layihədə iştirak edən 18 ölkə arasında Azərbaycan, Türkiyə ilə yanaşı əsaslı rola malikdir. 2 qardaş ölkə reqionun enerjetika problemlərinin həll edilməsinə və beynəlxalq energetika sahəsinə böyük tövhələr verəcək. 2 il müddətinə rəhbəri seçildiyim İAEE, 2 qardaş ölkə arasındakı münasibətləri daha da gücləndirəcək.”

Azərbaycan səfəri çərçivəsində Dövlət Neft Akademiyasi və “ADA” universiteti ilə görüşlər keçirən G. Kumbaroğlu İAEE-nin 2016-cı ildə planlanan konfrasının Bakıda keçirilməsi haqda da müzakirələr aparıb.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev: “2030-cu ilə qədər ümumi enerji istehsalının 30 faizi yenilənə bilən qaynaqlardan əldə olunması əsas hədəflərdən biridir. Bu məqsədlə nəhəng enerji birlikləri ilə əməkdaşlıq əlaqələri qurmaq bizim üçün vacibdir, belə bir qurumun rəhbərliyinə Türkiyəli proffessorun seçilməsi də əlaqələrimizi daha da gücləndirəcək.

Sənaye və Energetika nazirinin müavini Gülməmməd Cavadov, reqionun geosiyasi inkişafı üçün İAEE ilə əməkdaşlıq əlaqələri qurmağa hazır olduqları bildirib.

Dövlət Neft Akademiyasında “Enerji səmərəliliyi” seminarı verən professor G. Kumbaroğlu tələbələri, İAEE-nin bu ilki Türkiyənin Antaliya şəhərində keçiriləcək beynəlxalq konfansına pulsuz qatılmaq şansı əldə etmək üçün “Twitter”-də #enerjimvarken haştaqı ilə başlatdıqları yarışmada iştirak etməyə dəvət edib. Professor tələbə və müəllim heyəti ilə “selfie” də çəkdirib.

energy-efficiency2.jpg görüntüleniyor

gw1.jpg görüntüleniyor

IMG-20150403-WA0014.jpg görüntüleniyor

IMG-20150403-WA0034.jpg görüntüleniyor

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600