Azərbaycan ilk dəfə Lüksemburqda keçirilən beynəlxalq festivalda təmsil olundu

media-hightechnic-468x90

Lüksemburqun ənənəvi multikultural tədbirlərindən biri hesab olunan “Miqrasiyalar, Mədəniyyətlər və Vətəndaşlıq Festivalı”nın 43-cü buraxılışında ilk dəfə olaraq Azərbaycan stendi təşkil edilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, stend Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin dəstəyi, “LuxAz” Lüksemburq Azərbaycan Dostluq Assosiasiyasının təşkilatçılığı ilə hazırlanıb.

İki gün ərzində “Luxexpo” sərgi mərkəzində keçirilən festivalda 400-dən çox stend təşkil olunub ki, burada müxtəlif ölkələrin mədəniyyəti, mətbəxi və ictimai fəaliyyətləri təqdim edilib.

Azərbaycan stendi vasitəsilə ziyarətçilər ölkəmizin zəngin mədəni irsi, milli mətbəxi və ənənələri ilə tanış olublar.

Festival çərçivəsində Azərbaycan stendinə Lüksemburqun xarici işlər və xarici ticarət naziri Xavier Bettellə ailə işləri, həmrəylik, birgəyaşayış və qaçqınların qəbulu üzrə naziri Maks Han baş çəkib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05