!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan kinosu ilə bağlı vacib QƏRAR - Kinostudiyanın direktorundan rəsmi açıqlama - Fotolar

!Reklam – Yazi

Nizami kino mərkəzində kino işçiləri bir araya gəlib.

“British Council Azərbaycan”ın təşkilatçılığı ilə Film Komissiyası modelinin tətbiqi ilə bağlı keçirilən tədbirdə British Council”in Azərbaycan üzrə direktoru Elizabet Vayt da iştirak edib.

Yenicag.az xəbər verir ki, tanınmış kino xadimlərinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan kinosunun dünyaya çıxışı üçün fikir mübadiləsi olunub.

“British Council”in Azərbaycan üzrə direktoru layihə haqqında danışaraq, təmsil etdiyi qurumun 2015-ci ilin aprel ayından etibarən Avropa Birliyinin Mədəniyyət və Yaradıcılıq proqramını həyata keçirtdiyini qeyd edib.

Tədbirə qatılan “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov saytımıza açıqlamasında fikirlərini bölüşüb:

“Mədəniyyət və Turizm Nazirliyi ilə “Azərbaycanfilm” kinostudiyası milli məclisə kino ilə bağlı yeni layihə təqdim edib. Dünya kinosuna inteqrasiya üçün bu, olduqca vacib bir addım kimi qiymətləndirilir. Bugünkü tədbir İngiltərə səfirliyinin dəstəyi ilə təşkil olunan təcrübə mübadiləsidir.

Məqsəd xarici kino investorlarının Azərbaycana cəlb olunması və bu yolla milli kinomuzun dünyaya çıxmasına kömək etməkdir. Məqsədimiz Azərbaycan kino sənayesinin dünya kino industriyasının tələblərinə cavab verməsinə nail olmaqdır”.

Qeyd edək ki, Film Komissiyasının yaradılmasına dair müvafiq icmalın işlənib hazırlanması Mədəniyyət və Turizm Nazirliyinin qanunvericilik işçi qrupunun üzvü, ekspert Fikrin Bəktaşiyə həvalə edilib.

Cəvahir
Foto:Cəmalə Əlizadə
Yenicag.az

COP29

www.yenicag.az

1295
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv