“Sumqayıt” 2017-18 mövsümü üçün hazırlığını davam etdirir.
Yenicag.az xəbər verir ki, hazırlıq prosesinin II mərhələsini Türkiyənin Bolu bölgəsində keçəcək komanda 4 yoxlama oyununda qüvvəsini sınayacaq.
“Gənclik şəhəri” təmsilçisi ilk olaraq iyulun 17-də Superliqa təmsilçisi “Osmanlıspor”la qarşılaşacaq. Samir Abasovun yetirmələri növbəti yoxlama matçını 3 gün sonra Səudiyyə Ərəbistanının əsas liqa təmsilçisi “Al-Fateh”ə qarşı keçirəcək. 3-cü sınaq görüşündə sumqayıtlılar Türkiyə təmsilçisi “Sivasspor”la (23 iyul) üz-üzə gələcək.
Komanda son yoxlama oyununu iyulun 28-də Səudiyyə Ərəbistanının digər təmsilçisi “Al-Taun”a qarşı keçirəcək.
www.yenicag.az