Azərbaycan klubu "Qalatasaray"la qarşılaşa bilər - Avroliqanın püşkü atıldı

media-hightechnic-468x90

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan klubları “Qəbələ”, “İnter” və “Zirə”nin də mümkün rəqibələri bəlli olub.

“Qəbələ” “Yagelloniya”nı (Polşa) keçsə, 3-cü mərhələdə Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq.

“İnter” ilk görüşdə 1:0 hesabı ilə qalib gəldiyi “Fola”nı (Lüksemburq) mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə “Ostersun” (İsveç) – “Qalatasaray” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, ötən gün keçirilən qarşılaşmada “Ostersun” Türkiyə klubuna 2:0 hesabı ilə qalib gəlib.

“Zirə” – “Astra” (Rumıniya) cütünün qalibi isə 3-cü mərhələdə Ukraynanın “Aleksandriya” klubuna rəqib olacaq.

Yenicag.az

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05