!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan klubu "Sevilya" ilə qarşılaşa bilər - Avropa Liqası

!Reklam – Yazi

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.

Yenicag.az xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da başlayan püşkatma mərasimində ölkəmizi sözügedən turnirdə təmsil edən “Qəbələ”, “Keşlə” və “Neftçi”nin də rəqibləri müəyyənləşib.

Püşkatmanın nəticəsinə görə, “Qəbələ” Lüksemburqun “Proqres” klubu ilə üz-üzə gələcək. “Neftçi”nin rəqibi isə Macarıstan “Uypeşt”idir. “Keşlə” isə Malta “Baltsan”ına rəqib olub.

“Qəbələ” “Proqres” səddini aşsa, “Honved” (Macarıstan) – “Rabotniçki” (Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.

“Keşlə” – “Baltsan” cütünün ən güclüsü isə   “Milsami” (Moldova) – “Slovan” (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.

“Neftçi” isə “Uypeşt” səddini keçəcəyi halda İspaniyanın  “Sevilya” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək.

COP29

www.yenicag.az

5034
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv