Azərbaycan klubunun məşqçisi 5 oyunluq cəzalandırıldı

media-hightechnic-468x90

AFFA futzal üzrə Yüksək Liqada çıxış edən “Neftçi” İK-nın məşqçisi Əli Hüseynovu 5 oyunluq cəzalandırıb.

Yenicag.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar çıxarılıb.

Buna XV turda baş tutan “Neftçi” İK – “Baku Fire” matçının fasiləsində məşqçinin təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılması səbəb olub. Nəticədə o, 5 oyunluq diskvalifikasiya edilib.

“Baku Fire”in qapıçısı Kamran Hacıyev isə 30-cu dəqiqədə qeyri idman hərəkətinə görə 2-ci “sarı”dan sonra qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb./report

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa