Azərbaycan Kubokunda sonuncu finalçı müəyyənləşdi
Futbol üzrə Azərbaycan Kubokunda sonuncu finalçı müəyyənləşib.
Yenicag.az xəbər verir ki, bu yarımfinal mərhələsinin “Sabah”la “Neftçi” arasında baş tutan cavab matçından sonra bəlli olub.
“Bank Respublika Arena”da keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. “Sabah”ın heyətində 23-cü dəqiqədə Cesse Sekidika fərqlənib. “Neftçi”dən isə Emin Mahmudov 40-cı dəqiqədə rəqib qapısına yol tapıb.
Beləliklə, iki oyunun nəticəsinə görə finala vəsiqə qazanan tərəf “Sabah” (2:1, 1:1) olub. Vasili Berezutskinin rəhbərlik etdiyi komanda mövsümün son matçında “Qarabağ”la üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan Kubokunun final matçı mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək./Report/