“Azərbaycanın media məkanında ədəbi dilin qorunmasına dəstək” layihəsi çərçivəsində konfrans keçirilib.
Yenicag.az xəbər verir ki, KİVDF-nin dəstəyi və Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan mediasının rəhbərləri iştirak ediblər.
Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək bildirib ki, iyun-noyabr aylarında 25 mətbuat orqanında monitorinq keçirilib:
“Azərbaycan Mətbuat Şurası yaranandan bu günə qədər dilin qorunması üçün çalışıb. Mətbuat Şurası Azərbaycan mediasında vaxtaşırı monitorinqlər keçirir. Azərbaycan dilinin qorunması üçün 30-a yaxın qanun var və bu qanunlar dilimizin saflığına, qorunmasına xidmət edir”.
Mətbuat Şurasının dil komissiyasının üzvləri mətbuatda gedən yazılara toxunaraq “Şərq”, “Yeni Müsavat”, “Olaylar”, “Bakı Xəbər”, “Xalq Cəbhəsi”, “Mövqe” qəzetləri və “Azadinform.az”, “Axar.az” saytında dərc edilən yazıların monitorinq üçün onlara əla material olduğunu açıqlayıblar.
Qəzetlərdə gedən yazılar mətbuat rəhbərləri və jurnalistlər tərəfindən gülünclə qarşılanıb.
www.yenicag.az