Azərbaycan millisi ardıcıl ikinci dəfə Avropa çempionu oldu

media-hightechnic-468x90

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı başa çatıb.

Yenicag.az xəbər verir ki, qitə birinciliyinin son 3 günündə sərbəst güləş üzrə mübarizə baş tutub. Ötən il komanda hesabında çempion olan millimiz titulunu qoruyub və növbəti dəfə qitənin ən güclü komandası adına sahib çıxıb.

Beləliklə, 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan yığmamız 140 xalla birinci yerdə qərarlaşıb. Millimiz medalların əyarına görə də hamını qabaqlayıb. Türkiyə (129) ikinci, Gürcüstan (125) isə üçüncü yeri tutub.

Yığmamızın üzvlərindən Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov (74 kq) və İslam İlyasov (97 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) isə bürünc medal qazanıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600