Azərbaycan millisi Macarıstanla səfərdə heç-heçə etdi

media-hightechnic-468x90

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Yenicag.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv səfərdə Macarıstanla üz-üzə gəlib.

B Liqasının I qrupunun matçında 1:1 hesablı heç-heçə qeydə alınıb. Əvvəlcə 44-cü dəqiqədə meydan sahibləri Henrietta Çizarın qolu ilə hesabı açıblar. Lakin qarşılaşmada son nöqtəni 74-cü dəqiqədə Sevinc Cəfərzadə qoyaraq, komandamıza 1 xal qazandırıb.

Qeyd edək ki, yığmamız II turda aprelin 9-da İsveçrəni qəbul edəcək./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600