Azərbaycan millisi Ukrayna ilə heç-heçə etdi - VİDEO / YENİLƏNDİ

media-hightechnic-468x90

Futbol üzrə Azərbaycan millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə üz-üzə gəlib.

Yenicag.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

51-ci dəqiqədə Georgi Sudakov fərqlənməklə qonaqları hesabda irəli çıxarıb. Yığmamız məğlubiyyətdən 72-ci dəqiqədə xilas ola bilib. Emin Mahmudov əllə oyuna görə təyin olunan penaltini qola çevirib. Yarımmüdafiəçi rəqib torunu silkələməklə tarixi rekorda imza atıb.

O, millinin heyətində 15-ci dəfə fərqlənməklə ən məhsuldar futbolçu kimi Qurban Qurbanovun 14 qolluq rekordunu yeniləyib.

Qeyd edək ki, Azərbaycan yığması D qrupundakı ilk matçda səfərdə İslandiyaya 5 cavabsız qolla uduzub. Ukrayna isə Fransaya 0:2 hesabı ilə məğlub olub./Report/

***

72-ci dəqiqədə Emin Mahmudov əllə oyuna görə təyin olunan penaltini qola çevirib.

***

51-ci dəqiqədə Sudakovun vurduğu qolla Ukrayna hesabı açır – 0:1.

***

Matç başladı.

***

Bu gün futbol üzrə Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində ikinci oyununa çıxır.

Yenicag.az xəbər verir ki, yığmamız Bakıda Ukrayna millisi ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səsləndiriləcək.

Komandaların start heyətləri aşağıdakı kimidir:

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 10. Mahir Emreli, 14. Elvin Bədəlov, 15. Abdulla Xaybulayev, 19. Rüstəm Əhmədzadə, 21. Qismət Alıyev

Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 2. Rəhman Daşdəmirov, 6. Səbuhi Abdullazadə, 7. Anatoli Nuriiev, 11. Ozan Can Kökcü, 13. Abbas Hüseynov, 16. Ceyhun Nuriyev, 17. Toral Bayramov, 18. Cəlal Hüseynov, 20. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı

Ukrayna: 12. Trubin, 2. Konoplya, 6. Kalyujnıy, 7. Vanat, 8. Sudakov, 13. Zabarnıy, 14. Oçeretko, 17. Zinçenko, 19. Bondarenko, 20. Zubkov, 22. Matviyenko (k)

Ehtiyat oyunçular: 1. Buşan, 23. Riznik, 3. Mixavko, 4. Svatok, 5. Bondar, 10. Şaparenko, 11. Dovbik, 15. Mixayliçenko, 16. Voloşin, 18. Yarmoliuk, 21. Nazarenko

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa