Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barrelinin qiyməti 0,84 dollar və yaxud 1,16% artıb.
Yenicag.az xəbər verir ki, “Azeri LT CIF” markalı neftin qiyməti 73,45 dollar/barrelə bərabər olub.
***
09:30
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 72,61 dollar/barrel təşkil edib.
Yenicag.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 16-da 71,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,93 dollar/barrel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 16-da 68,34 dollar/barrel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,93 dollar/barrel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə avqustun 16-da 69,83 dollar/barrel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,96 dollar/barrel çoxdur.
www.yenicag.az