!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Polşa birgə Hökumətlərarası Komissiyanın tərkibi dəyişdi

!Reklam – Yazi

Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında İqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın tərkibində dəyişiklik edilib.

Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, “Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini” sözləri “Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini” sözləri ilə əvəz edilib.

Digər sərəncama əsasən, “Azərbaycan Respublikası vergilər nazirinin müavini” sözləri çıxarılıb, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini” sözlərindən sonra “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini” və “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müavini” sözləri, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini” sözlərindən sonra “Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri” sözləri əlavə edilib.

Azərbaycan Xarici İşlər Nazirliyi bu sərəncamda edilən dəyişiklik barədə Polşa tərəfinə bildiriş göndərməlidir.

COP29

www.yenicag.az

616
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv