Azərbaycan Premyer Liqası: “Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Kəpəz”ə qarşı
Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulacaq.
Yenicag.az xəbər verir ki, 3-cü oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə “Neftçi” doğma meydanda “Qəbələ” ilə qarşılaşacaq. Oyun saat 18:30-da başlayacaq.
Günün son görüşndə isə “Qarabağ” “Kəpəz”i qəbul edəcək. Bu oyun saat 20:45-də start götürəcək.
Qeyd edək ki, turun digər 3 matçı 25 və 26 avqust tarixlərində oynanılıb.
27 avqust (bazar)
18:30. “Neftçi” – “Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Şirmamed Mamedov, Rauf Allahverdiyev
“Neftçi Arena”
20:45. “Qarabağ”– “Kəpəz”
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə
“Azersun Arena”
25 avqust (cümə)
20:00. “Araz-Naxçıvan” – “Sumqayıt” – 1:1
26 avqust (şənbə)
“Zirə” – “Sabah” – 1:0
“Turan Tovuz” – “Səbail” – 1:3
Bombardirlər:
Martin Petkov (“Turan Tovuz”) – 3 qol
Adama Diakabi (“Qarabağ”) – 2 qol
Abdullah Zubir (“Qarabağ”) – 2 qol
Rövlan Muradov (“Sumqayıt”) – 2 qol