!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Prezidenti: "Bizim sözümüzlə əməlimiz birdir"

!Reklam – Yazi

Dünya miqyasında bizim siyasətimizə çox böyük dəstək var, rəğbət var.

Yenicag.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: “Böyük infrastruktur layihələri icra edilib və bu gün ölkəmizdə qazlaşdırmanın səviyyəsi 96 faizdir. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı dünya miqyasında ikinci yerə layiq görübdür. Bu, çox böyük nailiyyətdir. Yolların tikintisi – 15 ildə 15 min kilometr yol çəkilib, o cümlədən magistral, şəhərlərarası, kənd yolları çəkilib. Digər infrastruktur layihələri, o cümlədən sosial infrastrukturla bağlı layihələr uğurla icra edilib, 3200-dən çox məktəb, 640-dan çox tibb müəssisəsi tikilib, yenidən qurulub, yaxud da ki, təmir edilib. Yəni, əldə edilmiş bütün bu nəticələri sadalamaq üçün saatlarla vaxt lazım olacaq.

Bildirməliyəm ki, texnoloji inkişaf istiqamətində böyük uğurlar əldə edilib. Azərbaycan indi kosmik klubun üzvüdür, üç peykimiz var. Deyə bilərəm ki, bu yaxınlarda çox gərgin yarış nəticəsində Azərbaycan 2022-ci ildə Dünya Astronavtika Konqresinə ev sahibliyi edəcək. Məlumat üçün bildirmək istəyirəm ki, bizim rəqiblərimiz Rio-de-Janeyro, Dehli və Sinqapur şəhərləri idi. Yəni, bu şəhərlərin nə qədər inkişaf etmiş şəhərlər olması haqqında əlavə sözlərə ehtiyac yoxdur. Azərbaycan bu yarışda da qalib gəldi. Nəyin hesabına? Ona görə ki, dünya miqyasında bizim siyasətimizə çox böyük dəstək var, rəğbət var. Bizim sözümüzlə əməlimiz birdir”.

COP29

www.yenicag.az

1411
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv