Azərbaycan prezidenti İlham Əliyev Fransaya səfər edəcək.
Yenicag.az xəbər verir ki, bunu Fransanın Bakıda səfərdə olan xarici işlər naziri Jan-İv Lö Drian Azərbaycan-Fransız Universitetində təhsil naziri Ceyhun Bayramovla görüşü zamanı deyib.
O bildirib ki, bu ilin iyul ayında Azərbaycan prezidentinin Fransaya səfəri planlaşdırılır.