!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan prezidentinə Serbiyanın ali ordeni təqdim olunub

!Reklam – Yazi

Azərbaycan prezidenti İlham Əliyev Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçi qəbul edib.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, səfir Neboyşa Rodiç Azərbaycanla Serbiya arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə Azərbaycan prezidenti İlham Əliyevin 2013-cü ildə təltif edildiyi Serbiyanın ali ordenini dövlət başçısına təqdim edib.

Səfir dövlət başçısına ali ordenə layiq görülməsi münasibətilə Serbiyanın prezidenti Tomislav Nikoliçin təbriklərini çatdırıb.

Prezident İlham Əliyev ali ordenə layiq görülməsini yüksək qiymətləndirib və təbriklərə görə minnətdarlığını Serbiya prezidentinə çatdırmağı xahiş edib. Dövlət başçısı İlham Əliyev prezident Tomislav Nikoliçin Azərbaycana səfəri və onunla Bakıda keçirdiyi görüşü məmnunluqla xatırlayıb.

Prezident İlham Əliyev, eyni zamanda, Serbiyada keçirilmiş son prezident seçkilərində Aleksandr Vuçiçin qələbəsi münasibətilə təbriklərini çatdırmağı xahiş edib.

Görüş zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edilib, Azərbaycanın Serbiyanın yol infrastrukturunun modernləşdirilməsi istiqamətində həyata keçirdiyi işlər yüksək qiymətləndirilib.

Yeniçağ.Az

COP29

www.yenicag.az

738
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv