!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Rusiya əməkdaşlağında media xətti - FOTOLAR

!Reklam – Yazi

“Sputnik Azərbaycan” Multimedia Mətbuat Mərkəzində Azərbaycan-Rusiya informasiya məkanında qarşılıqlı əlaqələrin perspektivlərinə həsr olunmuş tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, Rusiya Jurnalistlər İttifaqının sədri V.Q.Solovyov, “Sputnik Azərbaycan”ın moderatoru İlqar Vəlizadə, Rusiya Jurnalistlər İttifaqının katibi Hüseynov Rafael Cahidoviç və digər mətbuat nümayəndələri iştirak ediblər.

Tədbirə açılış sözü ilə başlayan “Sputnik Azərbaycan”ın moderatoru İlqar Vəlizadə iki ölkə arasında siyasi və digər sahələrdə mövcud olan dostluq münasibətlərinin mediada da inkişaf etdirilməsi üçün uyğun şərait olduğunu qeyd edərək, Rusiya Jurnalistlər İttifaqı ilə bu sahədə ortaq çalışıldığını bildirib.

Daha sonra çıxış edən Rusiya Jurnalistlər İttifaqının sədri V.Q.Solovyov Azərbaycanda olduğundan məmnunluq ifadə edərək, iki ölkə mediası arasında əlaqələrin mövcud vəziyyətindən və daha da inkişaf etdirilməsi üçün mövcud perspektivlərdən danışıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Rusiya və Azərbaycan mediası arasında əlaqələri daha da artırmaq istiqamətindəki addımları müsbət qiymətləndirərək, medianın azad bir sahə olaraq geniş yayılması üçün belə əlaqələrin müsbət təsirlərinin olduğunu vurğulayıb.

www.yenicag.az

3435
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv