Azərbaycan, Rusiya və Qazaxıstan birgə hərbi təlimlər keçirəcək

media-hightechnic-468x90

827e6ec0fc6a688066a49d5d26b5b68f2015-ci ildə Xəzər dənizində Rusiya, Azərbaycan və Qazaxıstanın iştirakı ilə birgə hərbi təlimlər keçiriləcək.

Rusiya Cənub hərbi dairəsinin mətbuat xidmətinin rəisi, polkovnik İqor Qorbul bildirib ki, üçtərəfli təlimlər iyun-iyul aylarında dənizin orta hissəsində olacaq.

Təlimlərdə Rusiya, Azərbaycan və Qazaxıstan hərbi-dəniz qüvvələri iştirak edəcək.

Ayrıca olaraq Rusiya və Azərbaycan hərbi-dəniz qüvvələrinin ikitərəfli təlimləri də keçiriləcək.

Rusiya tərəfindən təlimlərdə “Buyan” və “Buyan-M” kiçik raket gəmiləri iştirak edəcək. Bu gəmilərin əsas vəzifəsi ölkənin iqtisadi zonasının mühafizəsidir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa