“Azərbaycan Rusiyanın təzyiqi qarşısında dayana bilsə…”

media-hightechnic-468x90

nbvbngffRusiyanın təkidlərinə baxmayaraq, “Cənub axını” kəməri Avropa üçün prioritet marşrut sayılmır, çünki “Şimal axını” bu layihədən fərqlənsə də, qazı satan yenə eyni şirkət – Qazpromdur.

Bunu Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Bolqarıstanın keçmiş Daxili İşlər naziri Çvetan Çvetanovun Avropa Birliyinin bu layihəyə münasibəti ilə bağlı sualına cavabında bildirib.

Barrozu bildirib ki, əgər Azərbaycan Rusiyanın təzyiqi qarşısında dayana bilsə “Cənub axını” kəmərinin əvəzinə Azərbaycan qazı Avropa üçün daha əhəmiyyətli ola bilər.

Avropa Komissiyasının prezidenti Bolqarıstana da xəbərdarlıq edib.   Onun sözlərinə görə, Bolqarıstan Rusiya ilə qaz kəmərlərinin reallaşdırılması məsələsinə ehtiyatla yanaşmalıdır: “Məhz buna görə də, Bolqarıstan və Rumıniyanın Avropa Birliyinə daxil olması tarixi qərar olardı. Bolqarıstanda Rusiyanın casusları sayılan insanlar var. Buna görə də bu iki ölkənin Avropa Birliyinə qoşulması tarixi əhəmiyyət daşıyır”(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600