Azərbaycan siyasiləri senatorların məktubunu şərh edir

media-hightechnic-468x90

610x380xabsazer.JPG.pagespeed.ic_.pVw8ByDVa6Asim Mollazadə: “Bu cür məktub və müraciətlər istməzdim ki, iki ölkə arasında münasibətlərə xələl gətirsin”

Elman Fəttah: “Müraciətin ortaya çıxması Azərbaycanda insan haqları vəziyyətinin nə qədər acınacaqlı və ölkəmizin maraqları baxımından zərərli hadisə olduğunun növbəti göstəricisidir”

Mais Səfərli: “Senatorların bu məktubu yersizdir və Azərbaycana təzyiq göstərməyə hesablanıb”

ABŞ-ın 16 senatoru Azərbaycan prezidenti İlham Əliyevə məktub yazıb. Məktubda deyilir ki, senatorlar müraciəti Azərbaycanda vətəndaş cəmiyyəti və mətbuat azadlığı üçün məkanın daralmasına görə getdikcə artan bir narahatlıq hissiylə yazırlar: “Avqustda bir neçəmiz sizə yazaraq siyasi motivli həbslərin artmasından narahatlıq ifadə etdik. Həmin məktubda Anar Məmmədli, Leyla və Arif Yunuslar və İntiqam Əliyevin saxlanmasından bəhs olunurdu. Məktubdan sonra Rəsul Cəfərov, xeyli sayda insan haqları fəalı və jurnalist ya həbs olunub, ya da ölkədən çıxışlarına qadağa qoyulub”. Yenicag.az-a açıqlamasında millət vəkili Asim Mollazadə bildirdi ki, Azərbaycan prezidentinə məktub yazan həmin senatorların bir çoxu bilavasitə erməni lobbisi ilə əməkdaşlıq edən senatorlardır: “Barbara Boks, Menendes və digərlərinin Azərbaycana qarşı istənilən bir bəhanə ilə bəyanat verdiklərinin dəfələrlə şahidi olmuşuq. Düşünürəm ki, hüququn aliliyi istənilən məsələdə əsas amil olmalıdır. Azərbaycan da onlara cavab verərək, müvafiq məhkəmə qərarları, müvafiq hüquq pozuntuları barəsində ətraflı məlumat çatdırmalıdır. Ancaq bu cür məktub və müraciətlər istməzdim ki, iki ölkə arasında münasibətlərə xələl gətirsin. Azərbaycan Amerika münasibətləri menendeslərin, erməni diasporasının əlində bir insan hüquqları oyununa çevrilməsin”. Müsavat Partiyası başqanının müavini Elman Fəttah isə bu qənaətdədir ki, hakimiyyətin son bir neçə ildə davam edən repressiv siyasəti artıq elə bir həddə gəlib ki, nəinki insan haqları təşkilatları, yerli ictimaiyyət, siyasi partiyalar, bütövlükdə beynəlxalq ictimaiyyət də Azərbaycan hakimiyyətinin bu repressiv fəaliyyətinə qarşı çağırışlarını intensivləşdirib: “Bundan əvvəl Avropa Şurasının siyasi məhbuslarla bağlı qətnaməsini, daha sonra ABŞ Dövlət Departamentinin hesabatını izlədik. Amerika bilirsiniz ki, demokratik cəmiyyətdir. Bakı ilə əməkdaşlıq müstəvisndə olan ABŞ-ın siyasi məhbus və insan haqları ilə bağlı Azərbaycan hökuməti ilə apardığı işi yetərli hesab etməyən senatorlar ayrıca toplaşaraq İlham Əliyevə belə bir müraciət ünvanlayıblar. Müraciətin ortaya çıxması Azərbaycanda insan haqları vəziyyətinin, siyasi məhbusların hələ də həbsdə qalmaqda davam etməsinin nə qədər acınacaqlı və Azərbaycan maraqları baxımından zərərli hadisə olduğunun növbəti göstəricisidir”. Yurddaş Partiyasının sədri Mais Səfərli isə bu qənaətdədir ki, senatorların bu məktubu da ölkəmizə təzyiq etməyə hesablanıb: “16 Amerika senatorunun Azərbaycan prezidentinə məktub ünvanlayaraq, guya ölkəmizdə insan haqları və mətbuat sahəsindəki durumdan narahat olmalarına etiraz edirəm. Hesab edirəm ki, bu əslində Azərbaycanın daxili işlərinə qarışmaqdır. O senatorlar gedib öz ölkələrindəki insan haqları üzrə vəziyyəti araşdırsalar daha yaxşı olar. İnsan haqları sahəsində ABŞ-da olan bərbad vəziyyəti düzəltmək üçün tədbir görmək əvəzinə, başqa dövlətin daxili işlərinə qarışırlar. Bu gün ABŞ-da irqi ayrı-seçkilik hökm sürür. İnsanlar vəhşicəsinə döyülür. Senatorlar ona görə də gedib öz ölkələrindəki vəziyyəti düzəltməklə məşğul olsunlar. Senatorların bu məktubu yersizdir və Azərbaycana təzyiq göstərməyə hesablanıb. Azərbaycanda insan haqları yüksək səviyyədə qorunur. Ölkəmizdə heç bir siyasi məhbus yoxdur”.

ELÇİN

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600