TDT Baş katibi: “Bəyannamə türk dünyasının qətiyyətini dünyaya bəyan etdi”

media-hightechnic-468x90

“Qəbələdə qəbul edilən Bəyannamə daxili işlərə hörmət, suverenlik və ərazi bütövlüyü prinsiplərinə sarsılmaz bağlılığımızı təsdiqləməklə, qlobal qeyri-müəyyənliklərin artdığı bir dövrdə türk dünyasının qətiyyətini dünyaya bəyan etdi”.

Yenicag.az TRT-yə istinadən xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömürəliyev deyib.

TDT-nin Qəbələdə keçirilən Zirvə görüşündə liderlərin siyasi əməkdaşlığı daha güclü institusional əsaslara oturtmağı, sülh və təhlükəsizlik sahələrində ortaq məsuliyyət anlayışını möhkəmləndirməyi hədəflədiklərini qeyd edib.

“Zirvə çərçivəsində, xarici tərəfdaşlarla qarşılıqlı əlaqəni dərinləşdirməyi hədəfləyən “TDT+” formatı da təsis olunmuşdur. Bu yeni çərçivə Türk Dünyasının BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində müşahidəçi statusu əldə etməyə yönəlmiş ortaq vizyonunu dəstəkləyir və Türk dövlətlərinin beynəlxalq görünürlüğünü artıran yeni bir dövrün qapılarını açır.

Prezident İlham Əliyevin 2026-cı ildə ortaq hərbi təlimlərin keçirilməsi təklifi ilə prezident Rəcəb Tayyib Ərdoğanın ortaq müdafiə memarlığının qurulması çağırışı təhlükəsizlik sahəsində artan koordinasiyanın konkret göstəriciləri oldu”, – o deyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa