AQTA və qəssablar arasında qalmaqal: "Ya pul verməlisən, ya da obyekti bağlamalısan"

media-hightechnic-468x90

Paytaxtda qanunsuz ət kəsimi ilə bağlı mübarizə tədbirləri davam etdirilir.

Növbəti belə bir tədbir Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Yasamal rayonunda həyata keçirilib. Proses AQTA əməkdaşları ilə qəssablar arasında qalmaqala səbəb olub.

Onlardan biri qurum əməkdaşlarına “cərimənizi hələ ödəməmişəm, indi nə üçün gəlmisiniz?!” deyərək etiraz edib. “Rüşvət istəyirlər, ya pul verməlisən, ya da obyektini bağlamalısan”, – deyə qəssab əlavə edib.

AQTA-nın Bakı Regional Bölməsinin böyük məsləhətçisi Qurban Əliyev isə sözügedən rüşvət iddiasını təkzib edib. “Elə şey ola bilməz. Biz həmişə qanunun tələblərini icra etmişik”, – deyə o bildirib.

AQTA-nın Bakı Regional Bölməsinin sektor müdiri Ülviyyə Cəlilovanın sözlərinə görə, müşayiətedici baytarlıq sənədinin etibarlılıq müddətinin bitməsi və ətlərin üzərində möhürün olmaması qanunsuz kəsim halı hesab olunur: “Buna görə də İnzibati Xətalar Məcəlləsinin 289-cu maddəsinə əsasən, protokol tətbiq olunacaq və qanunvericiliyin tələblərinə görə, cərimə yazılacaq”.

Daha ətraflı Baku TV-nin videomaterialında:

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa