!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan təhsilinin faciəsi: köhnəfikirli, bürokratik prinsipli kadrlar... - İDDİA

!Reklam – Yazi

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, nazirliyin tabeliyində olan universitetlərdə çalışan professor-müəllim heyəti tərəfindən alınan patentlərin sayı digər ölkələrlə müqayisədə aşağıdır.

Nazir qeyd edib ki, universitetlərdə çalışan professor-müəllim heyəti tərəfindən 2014-cü ildə 29 patent, 2015-ci ildə 33, 2016-cı ildə isə 54 patent alınıb:

“Bir tərəfdən, 3 il ərzində alınan patentlərin sayının 2 dəfəyə yaxın artması müəyyən bir nailiyyətdir. Lakin digər tərəfdən, bu rəqəm qənaətbəxş sayıla bilməz. Bu göstərici digər ölkələrlə müqayisədə aşağıdır. Bunun əsas səbəblərindən biri kimi ixtiraların hamısının patentləşdirilməsi üçün təqdim olunmamasını göstərmək olar”.

Görəsən, hansı səbəblər professor-müəllim heyətini öz ixtiralarını patentləşdirmək üçün təqdim etməkdən yayındırır? Niyə bu sahədə ölkəmiz geridə qalır?

Turizm və Menecmentlik Universitetinin müəllimi Məhərrəm professor

Zülfüqarlı Yenicag.az-a açıqlamasında bildirdi ki, prosesə əngəl olan səbəb bürokratik əngəllərlə bağlıdır:

“Prosesdə bürokratik əngəllər hökm sürür. Mühafizəkar, keçmiş düşüncəli rəhbərlər sözügedən məsələyə hər vəchlə mane olmağa çalışırlar. Nə qədər ki, demokratik düşüncəli insanlar təhsil sahəsində üstünlük təşkil etməyəcəklər, patent alanların sayı da əhəmiyyətli şəkildə artmayacaq. Təəssüf edirəm ki, hələ də Azərbaycan təhsilində köhnə fikirli, bürokratik prinsiplərlə idarəetməyə üstünlük verən kadrlar çoxluq təşkil edir. Nə qədər ki, belə düşüncəli insanlar təhsil sahəsində çoxluq təşkil edirlər, müəllim heyəti tərəfindən alınan patentlərin sayı da az olacaq. Problemin həlli üçün sözügedən sahədə köklü kadr dəyişikliyinə ehtiyac vardır. Yeni dünyagörüşlü insanlar həmin bürokratik fikirli insanları əvəz etdikcə, bu sahədə də müəyyən irəliləyişlərə nail olmaq mümkün olacaq. İndilikdə isə bu istiqamətdə müsbət nəyinsə olacağını gözləmirəm. Çünki hər şeyi kadrlar həll edir. Şərait yaradılsa, insanlar ruhlandırılsa, dəyərləndirilsə patentlərin sayı da artacaq”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

1062
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv