Bu ilin yanvar-iyun aylarında Azərbaycana 51 320,37 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) Yenicag.az-a verilən məlumata görə, bu, 2018-cı ilin eyni dövrü ilə müqayisədə 8 816,39 min dollar və yaxud 14,66% azdır.
Bu ilin ilk yarısında tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,73%-ni təşkil edib.
Hesabat dövründə Azərbaycandan 7 233,43 min dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 1 705,36 min dollar və yaxud 30,81% çoxdur.
Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 0,06%-nə bərabər olub.
www.yenicag.az