Avropa Liqasının və Konfrans Liqasının ötən gecə keçirilən matçlarından sonra ölkələrin UEFA reytinqi yenilənib.
Yenicag.az xəbər verir ki, AL-in Liqa mərhələsinin 2-ci turunda Azərbaycan təmsilçisi “Qarabağ” İsveç “Malmö”sünə uduzub – 1:2. Nəticədə ölkəmizin xal hesabı dəyişməyib – 19,125 xal. Eyni xala malik Bolqarıstan Azərbaycanı geridə qoyaraq 27-ci yerə yüksəlib. Ölkəmiz hazırda 28-cidir.
Azərbaycanın cari mövsümdəki qazancı 2,375-ə bərabərdir. Ölkə reytinqinə “Zirə” 1,250, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal yazdırıb.
Qeyd edək ki, cədvələ 92,446 xalla İngiltərə liderlik edir.
www.yenicag.az