İstanbula yeni baş konsul təyin edilən Zamin Əliyev kimdir? – DOSYE

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.

media-banner_tuq

Yenicag.az Zamin Əliyevin dosyesini təqdim edir.

Zamin Məmməd oğlu Əliyev 8 oktyabr 1979-cu ildə Ağdam rayonunda anadan olub.

2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin bakalavrını, 2002-ci ildə magistraturasını bitirib.

2001-2005 – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Birinci qərb ərazi idarəsinin referenti, attaşesi

2005-2008-ci illərdə Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin attaşesi, üçüncü katibi

2008-2011-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin üçüncü katibi, ikinci katibi

2011-2017-ci illərdə Türk Dövlətləri Təşkilatının layihə direktoru

2017-2020-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin birinci katibi, şöbə müdiri

2020-2021-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İkinci Avropa idarəsinin rəis müavini

2021-2024-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya idarəsinin rəis müavini

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 noyabr 2024-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Türkiyənin Qars şəhərində baş konsulu təyin olunmuşdur.

Türk, ingilis və rus dillərini bilir.

Evlidir, 3 övladı var.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05