Azərbaycan və BƏƏ arasında ticarət və investisiya əməkdaşlığının gücləndirilməsi müzakirə edilib
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Dubay Ticarət Palatasının nümayəndələri Bakıda Azərbaycanla investisiya və ticarət əməkdaşlığının perspektivlərini müzakirə ediblər.
Yenicag.az xəbər verir ki, bu barədə BƏƏ-nin Bakıdakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“BƏƏ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili səlahiyyətlərini icra edən Bədriyyə Əl Şehhi Dubay Ticarət Palatasının Azərbaycandakı nümayəndəsi Sənan Nəsibli ilə görüş keçirib. Tərəflər iki ölkə arasında birgə investisiya və ticarət əməkdaşlığının gücləndirilməsi yollarını müzakirə edib və iqtisadi sahədə arzuolunan məqsədlərə nail olmaq üçün daimi dialoqun saxlanılmasının vacibliyini vurğulayıblar”, – paylaşımda qeyd edilib.












