Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycan və Ermənistan XİN başçıları Münhendə görüşə bilər

Reklam: Sinerji Pro

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla fevral ayında Münhendə keçiriləcək beynəlxalq təhlükəsizlik konfransında görüşə bilər.

“Heç nəyi istisna etmək olmaz. Ənənəyə görə, görüş barədə razılıq əldə olunarsa, bu barədə əvvəlcədən məlumat verəcəyik”, – deyə Z.Mnatsakanyan jurnalistlərin Münhen Təhlükəsizlik Konfransı zamanı Qarabağ münaqişəsi ilə bağlı görüşünün mümkünlüyü barədə sualına cavab olaraq bildirib.

Eyni zamanda o, Münhen konfransında iştirak etməyi planlaşdırdığını söyləyib.

“İrəliyə doğru addım atdığımız aydın məsələdir, vaxt və digər məsələlər üzrə razılaşdırmaq lazım gəlir, bundan sonra ictimaiyyətə məlumat veririk”, – Z.Mnatsaknayan əlavə edib.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyindən Azərbaycan və Ermənistan XİN başçılarının yanvarın 16-da Parisdə keçirilmiş görüşdə növbəti ayda danışıqları davam etdirməklə bağlı razılıq əldə olunduğu bildirilib./Report/

Loading...

www.yenicag.az

3739
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100