“Yaxın həftələrdə Azərbaycan və Meksika arasında siyasi məsləhətləşmələrin üçüncü raundu keçiriləcək ki, bu da dövlətlər arasında fəal dialoqun aparıldığının bariz nümunəsidir”.
Yenicag.az xəbər verir ki, bunu Meksikanın Azərbaycandakı səfiri xanım Viktoriya Romero iki ölkənin beyin mərkəzləri arasında əməkdaşlığa həsr olunmuş tədbirdə deyib.
Diplomat ötən il dövlətlər arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu, gələn il isə Meksikanın Azərbaycanda səfirliyinin açılmasının 10 ilinin tamam olacağını xatırladıb.
Romeronun sözlərinə görə, ölkəsi siyasi dialoqdan tutmuş, qarşılıqlı investisiyalara qədər regionda daha çox iştirakda maraqlı olduğu üçün Bakıda diplomatik nümayəndəlik açmaq qərarına gəlib.
www.yenicag.az