Azərbaycan və Rumıniya enerji sahəsində memorandum imzalaya bilər

media-hightechnic-468x90

Azərbaycan və Rumıniyanın enerji tənzimləmə qurumları arasında uzunmüddətli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə anlaşma memorandumunun imzalanması məsələsi müzakirə olunub.

media-banner_tuq

Bu barədə “Report”a Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyindən (AERA) məlumat verilib.

Bildirilib ki, Agentlikdə Azərbaycan və Rumıniya hökumətləri arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın Bakıda keçirilən 8-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rumıniyanın Energetika Sahəsində Milli Tənzimləmə Qurumunun (ANRE) prezidenti Corce-Serciu Nikulesku ilə görüş olub.

AREA-nın İdarə Heyətinin sədr müavini Rövşən İsmayılov iki tənzimləyici qurum arasında mövcud əməkdaşlıq əlaqələrindən söz açıb. ANRE-nin prezidenti Corce-Serciu Nikulesku səmimi qəbula görə təşəkkür edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, AERA ilə ANRE arasında 2018-ci ildən əməkdaşlıq əlaqələri mövcuddur.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05