Azərbaycan vətəndaşları ötən il Ermənistanda mənzil və fərdi ev alıblar.
Yenicag.az xəbər verir ki, belə bir iddia ilə erməni mediası çıxış edib. Ermənistanın Daşınmaz Əmlakın Kadastrı üzrə Dövlət Komitəsindən yerli mediaya verilən məlumata görə, mənzil İrəvandakı çoxmənzilli binalardan birində yerləşir, fərdi ev isə Lori rayonundadır.
Bildirilir ku, Türkiyə vətəndaşları İrəvanda 11 mənzil alıblar. “Eyni zamanda, hər iki dövlətin vətəndaşları – yeri gəlmişkən, onların milliyyəti göstərilmir-daşınmaz əmlak satmayıblar”-məlumatda bildirilir.
www.yenicag.az