Azərbaycan və Türkmənistan bununla bağlı danışıqlar aparır

media-hightechnic-468x90

Türkmənistan və Azərbaycan iki ölkə arasında İran vasitəsilə qaz mübadiləsinin dayandırılmasına səbəb olan problemin həlli üçün danışıqlar aparır.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə İranın Milli Qaz Şirkəti (NIGC) açıqlayıb.

Qeyd olunub ki, qaz mübadiləsinin dayandırılması müvəqqətidir və problem həll edildikdən sonra ötürülmə bərpa olunacaq.

2021-ci il noyabrın 28-də Aşqabadda imzalanmış üçtərəfli sazişə əsasən, İran Türkmənistandan aldığı qazı 2022-ci ilin yanvarında Azərbaycana nəql etməyə başlayıb. Müqavilə İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək türkmən qazının nəqlini nəzərdə tutur.

Üçtərəfli razılaşma İrana xüsusilə qışda şimal əyalətlərini qazla təmin etməyə də kömək edir./unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05