!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan yığması Belçikaya uduzdu

!Reklam – Yazi

Bu gün Azərbaycan yığması AVRO-2024-ün seçmə mərhələsində üçüncü oyununu keçirib.

Yenicag.az-ın məlumatına görə, F qrupunda mübarizə aparan Canni de Byazinin yetirmələri “Dalğa-Arena”da Belçika komandası ilə qarşılaşıb.

Milli tsikldə ikinci ev matçına çıxıb. Estoniya ilə matçda heç-heçə oynayan futbolçularımız doğma azarkeşlər qarşısında yenə qələbəyə həsrət qalıblar. Yannik Karraskonun dəqiq zərbəsi belçikalılara növbəti 3 xalı qazandıb.

Qeyd edək ki, qrupumuzun digər matçında Estoniya öz meydanında İsveçlə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

AVRO-2024-ün seçmə mərhələsi
F qrupu
9 sentyabr
17:00. Azərbaycan – Belçika – 0:1
Qol: 
Yannik Karrasko, 38
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 4. Bəhlul Mustafazadə, 15. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov, 17. Toral Bayramov, 20. Aleksey İsayev, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Yusif İmanov, 2. Yusif Nəbiyev, 6. Höccət Haqverdi, 10. Mahir Emreli, 13. Emil Səfərov, 14. Elvin Bədəlov, 16. Elvin Camalov, 18. Rüstəm Əhmədzadə, 19. Filip Ozobiç, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı
Baş məşqçi: Canni de Byazi

Belçika: 12. Koen Kastels, 4. Vout Fas, 5. Yan Vertongen, 3. Artur Teat, 21. Timoti Kastan, 6. Amadou Onana, 8. Yuri Tilemans, 11. Leandro Trossard, 10. Yannik Karrasko, 19. Yohan Bakayoko, 9. Romelu Lukaku
Ehtiyat oyunçular: 1. Tomas Kaminski, 13. Mats Sels, 2. Zeno Debast, 7. Ceremi Doku, 14. Dodi Lukebakio, 15. Olivye Deman, 16. Amin əl-Dahil, 17. Şarl de Ketelar, 18. Orel Manqala, 20. Lois Openda, 22. Uqo Siqet, 23. Mişi Batşuayi
Baş məşqçi: Domeniko Tedesko
Baş hakim: Nenad Minakoviç (Serbiya)
Bakı. “Dalğa Arena”

www.yenicag.az

209
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv