Azərbaycana elektromobil idxalı 8 dəfə artdı

media-hightechnic-468x90

Bu ilin ilk 7 ayında Azərbaycana 61 milyon 362 min dollar dəyərində 1 492 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) idxal edilib.

Yenicag.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu il idxal edilən elektromobillərin sayı 8 dəfə artıb.

Ötən ilin ilk 7 ayında Azərbaycana 5 milyon 519 min dollar dəyərində 186 ədəd elektromobil idxal edilib.

Car ilin yanvar-iyul aylarında Azərbaycana 186 milyon 544 min dollar dəyərində 8 426 ədəd daxiliyanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid) idxal olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600