!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana gələn turistlərin sayı 2 dəfə artacaq - 2023-cü ilə qədər

!Reklam – Yazi

2023-cü ilə qədər Azərbaycana gələn turistlərin sayını 2 dəfə artırmaq qarşıya qoyduğumuz məqsəddir.

Yenicag.az-ın məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmidt Azərbaycan Hotel Assosiasiyasının Birinci Baş Assambleyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əsas hədəflərdən biri Azərbaycanı Qafqazın ən cəlbedici və müvəffəqiyyətli turizm məkanına çevirməkdir.

F.Zenqstşmidt bildirib ki, 2023-cü ilədək olan dövrü əhatə edən turizm strategiyası 9 istiqamət üzrə həyata keçiriləcək: “Bu istiqamətlər turizm təcrübəsi, turizm təhsili, innovasiya və texnologiya, brend, marketinq və kommunikasiya və s.dir”.

Büro rəhbəri əlavə edib ki, ölkədə turizmi, xüsusilə hotelçilik sahəsini inkişaf etdirmək üçün bu strategiyada diqqət yetirilməsi vacib olan ən əsas istiqamət dövlət-biznes əməkdaşlığıdır.

Onun sözlərinə görə, dövlət turizm şirkətləri ilə əməkdaşlıq edərsə, bu sahə daha çox inkişaf edər.

www.yenicag.az

4876
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv