Azərbaycanda 5.4 bal gücündə zəlzələ baş verib
Azərbaycan Qəbələ rayonunda zəlzələ baş verib.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olan məlumata görə, zəlzələ bu səhər yerli vaxtla saat 05.38.07-də Qəbələ şəhərindən 22 km şimal-şərqdə qeydə alınıb.
10 km dərinlikdə baş verən yeraltı təkanların 5.4 bal gücündə olduğu bildirilir.
Zəlzələ Qusar və İsmayıllı rayonlarında da hiss olunub və yeraltı təkanlar bir neçə saniyə davam edib. (anspress.com)